Canni De Byazi: “Lüksemburqa qalib gələ bilərik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah qrupda 3-cü oyunumuza çıxacağıq. Çox vacib qarşılaşmadır. Hazırda xalımız yoxdur. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun göstərəcəyik.

Sabah meydana buraxacağım start heyəti müəyyənləşdirmişəm. Meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik.

Komandam ilk növbədə istəkli olmalıdır. Bunun üzərində işləmişik. Komandamız getdikcə daha da inkişaf edir. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq.

Hücum xəttində kimə şans verəcəyimi indi açıqlamaq istəmirəm. İstərdim ki, bütün futbolçularım əllərindən gələni etsin. 5 əvəzetmə haqqımız var. Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək.

Bir gündə hər şeyi dəyişmək olmaz. Artıq daha çox inanmağa başlayırıq. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram”.

Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: