Canni De Byazi: “Rəqib bizdən yaxşı oynadı”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Malta yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Futbolçulardan bu cür oyun gözləmirdim. Oyunumuzdan narazı qaldım. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni narahat edir. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək”.

Canni De Byazi futbolçuların çoxlu fərdi səhvlərə yol verdiyini və onlardan narazı qaldığını bildirib:

“Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Belə oyunlar bizim üçün yaxşı dərs olmalıdır. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq.

İtaliyalı mütəxəssis gələcək oyunlarla bağlı nikbinliyini də gizlətməyib: “Hamımız yaxşı nəticələrə ümid etməliyik. Azarkeşlər də buna ümid etsinlər. Gələcəkdə yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Xatırladaq ki, Azərbaycan millisi martın 29-da Maltada daha bir yoxlama oyununa çıxacaq. Komandamızın növbəti rəqibi Latviya millisi olacaq. Sözügedən qarşılaşmaya Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: