Çeferin: “Adamların 99%-i ÇL-in yeni tərtibatından məmnundur”

UEFA prezidenti Aleksander Çeferin bildirib ki, Çempionlar Liqasının yeni tərtibatı özünü yaxşı tərəfdən göstərə bilib.

Arena.az “Marca” nəşrinin “Delo” dərgisinə istinadı əsasında, UEFA prezidentinin müvafiq mövzuda fikrini təqdim edir:

“Mən bu barədə ancaq müsbət rəylər eşitmişəm. Əvvəlcə, daha çox, tənqid səslənirdi, hansı ki, yeni nəsə ortaya çıxınca hər dəfə təzahür edir. Hesab edirəm ki, cari məqama görə, adamların 99%-i Çempionlar Liqasının yeni tərtibatından məmnundur.

Yarış daha da gözlənilməz olub, təsnifat mərhələsinə keçəcək komandalar son ana qədər məlum deyildi. Bu, ümumi uğurdur, Çempionlar Liqasının qiymətləndirilməsi əladır. Avropa Liqası və Konfrans Liqası da daxil olmaqla, hər üç yarış uğurludur.

Sponsorlar da bu yarışldarda daha çox komananın iştirakına görə şaddırlar. İndi onlar UEFA-ya qoşulmağı və yarışlara sərmayə yatırmağı daha çox istəyirlər. Eyni xüsus televiziyaya və oyunları yayımlayan digər yayımçılara da aiddir”, deyə Çeferin məmnunluqla vurğulayıb.

Xatırladaq ki, cari mövsümdən etibarən, qitənin ən nüfuzlu klub yarışı – Çempionlar Liqası yeni tərtibat üzrə keçirilir. 26 komadan ümumi Liqa mərhələsində 8 oyun keçirir, yarış cədvəlində ilk 8 yeri tutmuş komandalar növbəti mərhələyə – 1/8 finala birbaşa vəsiqə qazanırlar. 9-cu yerdən 24-cü yer də daxil olmaqla qalan komandalar isə ələmə mərhələsində – 1/16 finalda mübarizə apararaq, 1/8 finala vəsiqələrin taleyinə aydınlıq gətirirlər. Ələmə mərhələrində (1/16, 1/8, 1/4, 1/2 finallar) oyunlar evdə və səfərdə olmaqla keçirilir. Final isə bir oyundan ibarətdir.

Xatırladaq ki, Çempionlar Liqasının cari çempionu adını “Real” daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaş: