Cek Qriliş malikanəsinin qarət edilməsi haqda yazı paylaşdı

“Mançester Siti”nin sol vingeri Cek Qriliş yeni malikanəsinin qarət edilməsi haqda sosial şəbəkələrdə duyğusal yazı paylaşıb.

Arena.az xatırladıq ki, oğrular Qrilişin ailəsi və qohumları evdə olarkən, onun malikanəsinə gizlincə soxularaq 1 milyon funt-sterlinq (1,15 milyon avro) məbləğində saat və zinət əşyaları aparıblar.

“Bir neçə gün əvvəl evimdə baş vermiş oğurluqdan necə məyus olduğumu belə, izah edə bilmirəm.

Ailəm mənim üçün dünya deməkdir, onları təhlükəsiz saxlamaqdan daha vacib heç nə yoxdur. Zədə yetirmiş bir təcrübə idi, tanrıya şükür edirəm ki, heç kim zərər çəkməyib.

Son 12 ayda o qədər heyrətamiz nailiyyətlər və təcrübələr əldə etmişəm. Süzünü desəm, futbol baxımından ən yaxşı ilim oldu, amma indi qeyd edə biləcəyim bir şey kimi hiss etmirəm.

Bu cür dəhşətli cinayətləri törədən insanların insanların həyatıma vurduqları zərərdən xəbərləri yoxdur. Ümid edirəm ki, onlar tapılıb ədalət qarşısında cavab verəcəklər ki, bizim etdiklərimizi başqa heç bir ailə yaşamasın”, deyə Cek Qriliş ümidlə dərc edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: