İngiltərənin “Mançester Siti” komandasının vingeri Cek Qriliş “şəhərlilər”in “trebl”i xüsusi qeyd etməsini şərh edib.
Arena.az “talkSPORT”a istinadən Qrilişin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Keçən həftəsonları həyatımın ən yaxşısı idi. Hələ də öyrəşməyə çalışıram. Mən elə bir yüksəklikdə idim ki…
İngiltərə yığmasının vacib oyunları ərəfəsində belə səs-küylü bayramın tənqid edilməsi məni narahat edirmi? Xüsusilə yox. Həyatda bir dəfə baş verənləri etdim. Axırıncı dəfə belə olub…
Bilmirəm, “Mançester Yunayted” “trebl” nə vaxt qazanıb, amma bütöv bir əbədiyyətdir ki, belə olmayıb. Bəs elə isə, nədən qeyd etməyək? Hamı yanımda idi. Mən tək deyildim, dostlarımla, bütün komandamla gəzirdim”.
Xatırladaq ki, 2022/2023 mövsümündə “Mançseter Siti” Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanmaqla “trebl”ə imza atıb. Bu İngiltərə futbol tarixində ikinci belə haldır. İlk dəfə 1998/1999 mövsümündə “Mançester Yunayted” Aleks Ferqyusonun rəhbərliyi altında “trebl” qazanmışdı.


