“Çelsi” Billi Gilmoru icarəyə verdi

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Billi Gilmoru icarəyə verib. Arena.az xəbər verir ki, şotlandiyalı futbolçu “Norviç Siti”yə keçib.

Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu 2021/22 mövsümünü icarə əsasında “Norviç Siti”də keçirəcək.

Şotlandiyanın “Reyncers” klubunun yetirməsi olan Billi Gilmor, 2019-cu ildən “Çelsi”dədir. Lakin o, “zadəganlar”ın əsas komandasında möhkəmlənə bilmir. Şotland yarımmüdafiəçi indiyə qədər London təmsilçisində 22 rəsmi matça çıxıb.

Sonda onu da qeyd edək ki, “Norviç Siti” yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.