“Çelsi” Eden Hazarda burger almağı qadağan edirmiş

Bu günlərdə 32 yaşında karyerasına xitam vermiş belçikalı yarımmüdafiəçi Eden Hazardın “Çelsi”də yaşadığı qəribə hadisə ictimailəşib.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Hazardın İngiltərədə oynadığı dövrdə London klubunun rəhbərliyi ona həmişə komandanın ev stadionu “Stemford Bric” yaxınlığında yerləşən qida yük maşınından burger almağı qadağan edirmiş.

Klub rəhbərliyi ev oyunlarından sonra Hazardın tez-tez stadionun yaxınlığında burger və digər fastfudların satıldığı qida maşınına getməsini xoş qarşılamayıb. Belçikalı futbolçunun fiziki hazırlığına müsbət təsir göstərmək üçün Hazardın bu qida maşınına baş çəkməsinə qadağa qoyulması qərara alınıb.

Xatırladaq ki, Eden Hazard 2012-2019-cu illərdə “Çelsi”də çıxış edib. Eden “zadəganlar”ın heyətində 352 oyuna 110 qol vurub, 92 məhsuldar ötürmə verib. Belçikalı futbolçu bu klubla 2 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə İngiltərə Kubokunun, 1 dəfə İngiltərə Liqa Kubokunun və həmçinin 2 dəfə Avropa Liqasının qalibi olub.

Məhz “Çelsi”də parlayan Hazard buradan “Real”a keçərək futbolçu karyerasının yeni səfihəsini açıb və “kral klubu”nun heyətində də futbolçu həyatına xitam verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: