“Çelsi”nin futbolçuları “Şeytan balası”ndan şikayətçi oldu – FOTO

Çelsi”nin futbolçuları Meyson Maunt və Ben Çiluell Hollivud filmlərinin süjet xəttinə müvafiq acı gerçəklə üzləşiblər.

Arena.az xəbər verir ki, İngiltərə yığmasının da üzvü olan yarımmüdafiəçi Meyson Maunt və sol cinah müdafiəçisi Ben Çiluell eyni qadından məhkəməyə şikayət ünvanlayıblar.

Hadisədə Şotlandiya yığmasının və “Çelsi”nin sabiq yarımmüdafiəçisi, hazırda “Brayton”un formasını geyinən Billi Gilmorun da adı hallanır. Adı çəkilən qadın – 22 yaşlı Orla-Melissa Sloan “Instagram”da bloqer kimi, həmçinin “Fanvue” adlı böyüklər üçün portalda model olaraq çalışır.

2022-ci ildə Sloan Ben Çiluell tərəfindən təşkil edilmiş axşamda iştirak edib və orada Meyson Mauntla tanış olub. Bundan sonra yarımmüdafiəçi, Sloan ilə yatağı paylaşıb. Bir müddət tərəflər arasında qeyri-sabit seksual münasibətlər yaşanıb. Lakin Meyson bu görüşlərə xitam vermək qərarına gələndə, Orla-Melissa özünün düşündüyü “Şeytan balası” ləqəbini doğruldan fəaliyyətinə başlayıb. Qadın sosial şəbəkələrdə bildirişlər və zənglərlə nəinki Maunt və Çilueli, həmçinin sabiq “zadəgan” Billi Gilmoru təngə gətirməyə başlayıb. Sloan Çiluel və Gilmordan Meysonu onunla görüşməyə məcbur etmək üçün israr edib. Gilmorun sözlərinə görə, Sloan ona hətta “Brayton”a keçəndən sonra da yazmaqda davam edib.

Nəhayət “Çelsi”nin futbolçuları məhkəməyə müraciət etmək qərarına gəliblər. Artıq Orla-Melissa Sloanın işi üzrə ilk dinləmə prosesi baş tutub. Gənc qadın günahını etiraf edib. Amma onun hansı cəzanı alacağı məlum deyil.

Əlavə edək ki, şayiələrə görə Maunt yayda “Çelsi”dən ayrıla bilər. Başqaları ilə yanaşı, yarımmüdafiəçi “Arsenal” və “Mançester Yunayted”in maraq dairəsindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: