Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu yekunlaşır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutacaq.

Türkiyə çempionu “Qalatasaray” səfərdə Almaniya nəhəngi “Bayern”lə üz-üzə gələcək. İngiltərə təmsilçisi “Mançester Yunayted” isə “Kopenhagen”in (Danimarka) qonağı olacaq.

B qrupunda “Lans” PSV-nin, “Sevilya” isə London “Arsenal”ının qonağı olacaq.

C qrupunda “Union Berlin” səfərdə “Napoli”ylə, “Braqa” isə Madrid “Real”ı ilə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda isə “Zalsburq” – “İnter” və “Real Sosyedad” – “Benfika” görüşləri baş tutacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun görüşləri 28 və 29 noyabrda keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
8 noyabr

A qrupu

00:00. “Bayern” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)

Xal: Bayern – 9. Qalatasaray – 4. Mançester Yunayted – 3. Kopenhagen – 1.

B qrupu

00:00. PSV (Niderland) – “Lans” (Fransa)
00:00. “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya)

Xal: Arsenal – 6. Lans – 5. Sevilya – 2. PSV – 2.

C qrupu

21:45. “Napoli” (İtaliya) – “Union Berlin” (Almaniya)
00:00. “Real” (İspaniya) – “Braqa” (Portuqaliya)

Xal: Real – 9. Napoli – 6. Braqa – 3. Union Berlin – 0.

D qrupu

21:45. “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya)
00:00. “Zalsburq” (Avstriya) – “İnter” (İtaliya)

Xal: Real Sosyedad – 7. İnter – 7. Zalsburq – 3. Benfika – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: