Ceymi Karrager: “Real” “Mançester Siti”dən qat-qat pisdir”

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluq yarışını dəyərləndirib.

Arena.az Karragerin bu barədə fikirlərini təqdim edir:

“Mövsümün sonunda iki klubun çempionluq uğrunda mübarizə aparması Premyer Liqanın arzusudur. Üç klub – İngiltərə futbolunu dünyanın ən rəqabətli və baxımlı futbolu kimi nümayiş etdirmək istəyənlər üçün cənnətdir. Premyer Liqada belə vəziyyət nadir hallarda olur və bundan həzz almağa dəyər, çünki hər üç klub sona qədər mübarizə aparacaq”, deyə ingilis təhlilçi vurğulayıb.

Karrager İngiltərə Premyer Liqasının 27-ci turunun “Arsenal”la oyununda 0:6 hesablı məğlubiyyətlə üzləşmiş “Şeffild Yunayted”in çıxışını da sərt şəkildə tənqid edib. O, çempionatın aşkar autsayderinin çıxışı barədə bunları dilə gətirib:

“Mənim fikrimcə, ayıbdır. Söhbət meydanın mərkəzindəki komandaların oyunundan gedirsə, orada cəmi bir komanda vardı. Bu, sarsıdıcıdır. Deyərdim ki, “Şeffild Yunayted”in səmərəsi indiyə qədər gördüyümün ən pisi idi. Ağlıma daha pis heç nə gəlmir”.

Ceymi Karrager “Real”ın “Leypsiq”lə Çempionlar Liqasının 1/8 final mərhələsinin iki oyununda çıxışını dəyərləndirib.

Xatırladaq ki, “qaymaqlılar” “Leypsiq”i ümumi hesabda 2:1 (səfərdə: 1:0, evdə: 1:1) məğlub edərək, yarışın 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

“Leypsiq” hər iki oyunda əla idi, üstün oldular və daha yaxşı oynadılar. Hazırda “Real” “Mançester Siti”dən qat-qat pisdir. Bəlkə hətta “İnter” və “Arsenal”dan da. Əminəm ki, onlar inkişaf edəcəklər, amma hazırda “Real” Avropanın ən yaxşı komandalarından biri deyil”, deyə ingilis təhlilçi vurğulayıb.