Ceyms Trafford “Mançester Siti”ni “Lids”ə dəyişdi, tarixə düşdü

Futbol üzrə İngiltərə milli komandasının və “Mançester Siti” klubunun qapıçısı Ceyms Trafford rəsmi olaraq “Lids”ə keçib.

Arena.az xəbər verir ki, 23 yaşlı qolkiperin transferini Yorkşir təmsilçisinin mətbuat xidməti sosial şəbəkələrdə açıqlayıb.

Britaniya idman mediasının məlumatına görə, transferin məbləği təxminən 40 milyon funt-sterlinq (47 milyon avro) təşkil edib. Bu keçid İngiltərə futbolu üçün tarixi olub. Belə ki, Trafford tarixdə ən bahalı ingilis qapıçı statusunu əldə edib.

Ceyms Trafford “Mançester Siti”nin akademiyasının yetirməsidir. Böyüklər arasında oyun təcrübəsi qazanmaq üçün qapıçı “Akkrinqton Stenli” və “Bolton” klublarında icarə əsasında çıxış edib. Daha sonra “Börnli”nin formasını geyinib.

2025-ci ildə Trafford “şəhərlilər”in heyətinə qayıdıb. Ötən mövsüm qapıçı bütün turnirlərdə 17 oyunda iştirak edib və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasının yekunlarına əsasən “Lids” 42 xal toplayaraq turnir cədvəlində 14-cü yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: