Çidera Ecuke “Sevilya”da – Rəsmi

Futbol üzrə Nigeriya milli komandasının sol vingeri Çidera Ecuke bundan sonra İspaniyanın “Sevilya” klubunun şərəfini qoruyacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

26 yaşlı vingerlə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Ecuke yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Çidera Ecuke peşəkar karyerasına ölkəsinin “Supreme Kurt” klubunda başlayıb. O, “Qombe Yunayted”, “Valerenqa”, “Herenven” kimi klublarda da çıxış edib. 2020-ci ilin avqust ayında Rusiyanın ÇSKA (Moskva) klubu “Herenven”ə 11,5 milyon avro ödəməklə Ecukeni heyətinə qatıb. Vinger bu komandada 65 oyuna 10 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Son mövsümlərdə isə Ecuke Almaniyanın “Herta” və Belçikanın “Antverpen” klublarında icarədə olub.

Çidera 2020-ci ilin oktyabr ayında debüt etdiyi Nigeriya milli komandasının heyətində 8 oyuna çıxıb. Yığmada 8 oyuna çıxmış futbolçu daha öncə ölkəsinin U-17 və U-20 millilərində də forma geyinib.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: