İyunun 10-dan 11-nə qədər Sinqapurda təşkil olunmuş çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti – ikinci mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, bu yarışda Azərbaycanı yenə üç güləşçi təmsil edib.
Rübail İbrahimli (70 kq) D qrupunda fransalı Kuentin Stikerlə (2:1) macarıstanlı Battulqa Raaşa (3:1) qalib gəlib, çinli Şiyian Jouya (1:1) sonuncu xal prinsipinə əsasən uduzub. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Levan Kelexsaşviliyə 1:3 hesabıyla məğlub olub.
İbrahim Yusubov (90 kq) A qrupunda rumıniyalı Mihay Palagiya (3:1), belçikalı Yonas Van Kaenegem (3:0) və pakistanlı Muhammad İnamı (3:0) üstələyib. Yarımfinalda türkiyəli Mahmut Özkaya (2:6) ilə bacarmayan təcrübəli güləşçimiz seneqallı Sini Sembeneyə (4:0) heç bir şans tanımayaraq bürünc medala sahib çıxıb.
Oyan Nəzəriani (+90 kq) A qrupunda gürcüstanlı Mamuka Kordzayaya minimal fərqlə uduzub – 0:1. Nəzəriani serbiyalı Maqomedqadji Nurasulovla (3:1) yaponiyalı Masayuki Amanoya (3:0) qalib gəlsə də, qrupdan çıxa bilməyib.
Qeyd edək ki, bu mərhələ Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən sonuncu yarış olub. Beləliklə, avqustun 10-11-də İndoneziyanın Bali şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarında ölkəmiz çimərlik güləşində 70, 80, 90 və +90 kq-da iştirak hüququ qazanıb.
Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmişdi. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanmışdılar. Ramiz Həsənov (70 kq) Argentinada bürünc, İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə etmişdi.
70 kq
D qrupu
Rübail İbrahimli – Kuentin Stiker 2:1
Rubail İbrahimli – Battulqa Raaş 3:1
Rübail İbrahimli – Şiyian Jou 1:1*
1/4 final
Rübail İbrahimli – Levan Kelexsaşvili 1:3
90 kq
A qrupu
İbrahim Yusubov – Mihay Palagiya 3:1
İbrahim Yusubov – Yonas Van Kaenegem 3:0
İbrahim Yusubov – Muhammad İnam 3:0
Yarımfinal
İbrahim Yusubov – Mahmut Özkaya 2:6
Bürünc medal görüşü
İbrahim Yusubov – Sini Sembene 4:0
+90 kq
A qrupu
Oyan Nəzəriani – Mamuka Kordzaya 0:1
Oyan Nəzəriani – Maqomedqadji Nurasulov 3:1
Oyan Nəzəriani – Masayuki Amano 3:0


