Çissumba “Qarabağ”ın rəqibi ilə yeni müqavilə bağladı

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” müdafiəçisi Fransisko Çissumba ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisinin yeni sözləşməsi 2028-ci ilin 30 oyununa qədər qüvvədə olacaq. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Fransisko Çissumba “Braqa”nın öz yetirməsidir. O, klubun əsas komandasında debüt şansı qazanmayıb. Əvəzində müdafiəçi “Palmeyras”da icarədə olub. O, Portuqaliyanın U-19 millisinin də formasını geyinir. Çissumba daha öncə ölkəsinin U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

Xatırladaq ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də Portuqaliyada, cavab görüşü isə fevralın 22-də Azərbaycanda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: