ÇL: Əliyar Ağayev “Klaksvik” – “Molde” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək bu komandaların ilk oyunu avqustun 8-də Farer adalarında keçiriləcək. Əliyar Ağayev bu oyunun baş hakimi olacaqsa, ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Torshavndakı “Torsvollur” stadionunda baş tutacaq “Klaksvik” – “Molde” oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: