Con Stounz daha beş il “Mançester Siti”də!

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Con Stounz ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Con Stounz peşəkar karyerasına yetirməsi olduğu “Barnsli”də bşalayıb. O, 2013-2016-cı illər aralığında “Everton”un uğurları üçün çalışır. İngilis futbolçu 2016-cı ilin avqustundan “Mançester Siti”də çıxış edir. Mərkəz müdafiəçisi indiyə qədər “şəhərlilər”in heyətində 168 matça çıxıb, 10 qola imza atıb.

Stounz həm də İngiltərə milli komandasının formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: