CONMEBOL yenilənmiş Amerika Kubokunu təqdim etdi

Cənubiamerikan Futbol Konfederasiyası (CONMEBOL) Amerika Kubokunun qənimətini – qaliblərin başı üzərinə qaldıracağı kuboku təqdim edib.

Arena.az məlumat verir ki, təqdimat Mayamidə 2024-cü ildə keçiriləcək turnirin püşkatma mərasimi zamanı keçirilib.

Kubok dünyanın ən qədim milli komanda turnirinin 48-ci mövsümü üçün bərpa edilib və yenilənib.

“1916-cı ildə Buenos-Ayresdə (Argentina) keçirilmiş Amerika Kubokunun ilk mövsümündən 100 ildən çox vaxt keçdikdən sonra qitənin ən qədim milli kuboku öz köklərinə qayıdıb”, – CONMEBOL-un rəsmi saytında bu münasibətlə dərc edilmiş bəyanatda deyilir.

2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək Amarika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək. Atlantada “Mersedes-Benz Stedium”da keçiriləcək açılış oyunuda Argentina və Kanada – Trinidad və Tobaqo oyunun qalibi çıxış edəcək. Final oyunu 2024-cü il Avropa çempionatının finalı ilə eyni gündə baş tutacaq. Final oyununu Mayami-Qardensdəki “Hard Rok Stedium” qəbul edəcək

Amerika Kubokunun oyunları 14 şəhərin 14 stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: