Corco Skalvini zədələnərək AÇ-2024-dən kənarda qaldı

“Atalanta”nın və İtaliya yığmasının gənc mərkəz müdafiəçisi Corco Skalvini ağır zədələnərək, yaşıl meydanlardan kənarda qalıb.

Arena.az bu barədə İtaliya yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Skalvini sol dizinin ön çarpaz bağlarının qopması zədəsi ilə üzləşib. Beləliklə italyan müdafiəçi qarşıdakı Avropa çempionatında iştirak etməyəcək.

Bildirilir ki, Corco Skalvininin əvəzinə “skuadra adzurra”nın italiyan baş məşqçisi Luçano Spalletti “Yuventus”un müdafiəçisi Federiko Qattini İtaliya yığmasının düşərgəsinə çağırıb.

Skalvini isə zədəsinin müalicəsi ilə məşğuldur. Müdafiəçinin hansı üsulla – cərrahi və ya fizioterapiya ilə bərpa ediləcəyi, həmçinin meydana nə zaman dönə biləcəyi ilə bağlı məlumat açıqlanmayıb.

Corco Skalvini “Breşia”nın yetirməsidir. “Atalanta”nın futbol məktəbinə keçmiş Skalvini Berqamo klubunun düşərgəsində yetişərək, 2021-ci ilin iyulunda əsas komandaya keçirilib.
Skalvininin “Atlanta” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Skalvini “Atalanta”nın heyətində 44 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. İtalyan müdafiəçinin Berqamo təmsilçisinin heyətində çıxışının ümumi mənzərəsi ilə belədir: 99 oyun, 5 qol, 5 məhsuldar ötürmə.

Corco Skalvini 2022-ci ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 8 oyun keçirib, məhsuldar fəaliyyəti olmayıb.

Skalvinin qənimətlər muzeyində “Atalanta” ilə qazandığı 2023/2024-cü illər mövsümü Avropa Liqası kuboku var. Bu, italyan müdafiəçinin böyük futbolda ilk və hələ, yeganə qənimətidir.

“Transfermarkt” internet-portalı 20 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: