Cordan Henderson “Çelsi”də – Rəsmi

Futbol üzrə İngiltərə milli komandasının dayaq yarımmüdafiəçisi Cordan Henderson bundan sonra karyerasını “Çelsi”də davam etdirəcək.

Arena.az xəbər verir ki, azad agent statusuna malik olan 36 yaşlı futbolçu London klubu ilə 2 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Henderson 2025-ci ilin iyulunda “Ayaks”dan azad agent kimi “Brentford”a qoşulmuşdu. O, 2025/26 mövsümündə London təmsilçisinin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Henderson karyerasının böyük hissəsini “Liverpul”da keçirərək İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Super Kuboku, İngiltərə Kuboku, İngiltərə Super Kuboku və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

İngiltərə millisinin heyətində isə 90 oyuna çıxmış Cordan Henderson 3 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub. O, 2021-ci il Avropa çempionatının gümüş və 2026-cı il dünya çempionatının bürünc medalçısıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: