Coui Verman “Borussiya”da!

Futbol üzrə Niderland yığmasının və PSV-nin mərkəz yarımmüdafiəçisi Coui Verman bundan sonra “Borussiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Dortmund klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almaniya klubu bu transfer üçün PSV-yə 22 milyon avro ödəyib. Niderlandlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Coui Verman “Volendam”ın yetirməsidir. “Herenven”də də çıxış etmiş niderlandlı futbolçu PSV-yə 2022-ci ilin yanvarın 6 milyon avro qarşılığında qoşulmuşdu. 27 yaşlı futbolçu Eyndhoven təmsilçisinin heyətində bütövlükdə 198 oyuna çıxıb, 31 qol və 67 məhsuldar ötürmə ilə yadda qalıb. O, sözügedən klubla 3 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 3 dəfə isə super kuboku qazanıb.

2023-cü ilin iyun ayında Niderland yığmasında debüt etmiş Verman, milli komandanın heyətində 16 oyuna çıxıb, 1 qol və 4 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: