Cud Bellingem AÇ-2024-ün finalındakı məğlubiyyətdən danışdı

İngiltərə millisinin mərkəz yarımmüdafiəçisi Cud Bellingem AÇ-2024-ün finalında İspaniya yığmasına məğlubiyəytdən danışıb.

Arena.az xatırladır ki, həlledici oyunda “qırmızı qəzəb” “üç şir”ə 2:1 hesabı ilə “qəzəb edib”.

“Ürəkparçalayandır. Bizə İngiltərə yığmasını irəli aparmaq üçün bundan ibrət almaq, bu təcrübənin müsbət və mənfi cəhətlərini əxz etmək vacibdir”, – BBC Bellingemdən sitat gətirir.

AÇ-2024-də Bellingem 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Cud Bellingem 2023-cü ilin iyun ayının əvvəlindən “Real”ın futbolçusudur. “Kral klubu” ingilis yarımmüdafiəçinin keçidi müqabilində Dormund “Borussiya”sına 103 milyon avro ödəniş edib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Artıq geridə qalmış 2023/2024 mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

Cud Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024) və UEFA Çempionlar Liqasının (2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: