Daniel Jebbison “Bornmut”a keçdi, Kiffer Mur satıldı

İngiltərənin “Şeffild Yunayted” klubunun hücumçusu Daniel Jebbison bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı forvard yeni klubuna azad agent kimi qoşulub və 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Daniel Jebbison “Şeffild Yunayted”in yetirməsidir. Gənc hücumçu bu klubun əsas komandasında 35 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. O, “Barton Albion”, “Çorli” kim klublarda icarədə də olub.

İngiltərənin U-18, U-19 və U-20 yığmalarında oynamış hücumçuya əsas millidə ehtiyac duyulmayıb. Bu üzdən də Kanada vətəndaşlığına malik futbolçunun bundan sonra doğma vətənini təmsil etməsi gözlənilir.

“Bornmut”un hücumçusu Kiffer Mur isə “Şeffild Yunayted”ə keçib. Uelsdən olan 31 yaşlı forvard bu klubla 3 illik müqavilə bağlayıb. “Bornmut” onun satışından 1,79 milyon avro qazanıb.

Kiffer Mur 2022-ci ilin yanvarından “Bornmut”da çıxış edirdi. Təcrübəli hücumçu bu komandanın heyətində 46 oyuna çıxıb, 10 qol vurub. Mur karyerası ərzində “Kardiff Siti”, “Yovil Taun”, “Barnsli”, “Uiqan”, “Forest Qrin”, “İpsviç Taun”, “Roterem Yunayted”, “Vikinq”, “Truro Siti”, “Torki Yunayted” kimi klublarda da forma geyinib. O, Uels milli komandasında 43 oyuna çıxıb, 12 qol vurub.

“Bornmut” mərkəz yarımmüdafiəçisi Co Rotueli də “Lids”ə icarəyə verib. 20 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

“Mançester Yunayted”in yetirməsi olan Co Rotuell “Bləkpul”, “Barnsli”, “Oksford Yunayted”, “Bləkbörn”, “Sauthempton” kimi klubların da formasını geyinib. O, “Bornmut”da cəmi 35 oyun keçirib, 1 qol və 1 assist müəllifi olub, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: