Dastan Satpayev “Börnli”də!

Futbol üzrə Qazaxıstan millisinin və “Çelsi”nin 18 yaşlı hücumçusu Dastan Satpayev karyerasını “Börnli”də davam etdirəcək.

Arena.az xəbər verir ki, futbolçu 2026/2027-ci illər mövsümünü Premyer Liqa klubunda icarə əsasında keçirəcək.

Məlumata görə, “Çelsi” Satpayevin uzunmüddətli perspektivdə klub üçün vacib futbolçu olacağına inanır. İcarə müqaviləsində oyunçunun transfer hüquqlarının satın alınması ilə bağlı opsion nəzərdə tutulmayıb. Bu səbəbdən hücumçu mövsümün sonunda mütləq London klubuna qayıdacaq.

Qeyd edək ki, “Börnli” 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasını 19-cu pillədə başa vuraraq Çempionşipə düşüb. Beləliklə, Satpayev yeni mövsümdə İngiltərənin ikinci liqasında müntəzəm oyun praktikası qazanmaq imkanı əldə edəcək.

“Kayrat”ın yetirməsi olan Dastan Satpayev bu ilin yayında “Çelsi”nin sisteminə qoşulub. “Transfermarkt” portalının məlumatına görə, gənc hücumçunun hazırkı bazar dəyəri 3,5 milyon avrodur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: