İngiltərənin “Çelsi” klubu futbol üzrə Fil Dişi Sahili yığmasının və İsveç “Molde”sinin hücumçusu David Datro Fofana ilə güclənib. Arena.az xəbər xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 20 yaşlı hücumçunun transferi üçün təxminən 12 milyon avrosundan keçib. Futbolçunun 2023-cü il yanvarın 1-dən yeni kluba qoşulacağı diqqətə çatdırılıb. Tərəflər arasında imzalanacaq müqavilənin müddəti də həmin tarixdə açıqlanacaq.
Datro Fofana peşəkar karyerasına Fil Dişi Sahilinin AFAD klubunda başlayıb. Ölkəsində “Abidjan Siti”nin də formasını geyinmiş futbolçu 2021-ci ilin fevralından “Molde”nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 65 oyunda 24 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Gənc forvard Fil Dişi Sahili yığmasında da 2 oyun keçirib.
Yeri gəlmişkən, “Çelsi” ciddi itki ilə üzləşib. London təmsilçisinin müdafiəçisi Ris Ceyms yenidən sıradan çıxıb. Maraqlıdır ki, İngiltərə yığmasının üzvü zədə səbəbindən Qətərdə təşkil olunmuş dünya çempionatında da iştirak edə bilməmişdi. O, Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Bornmut”la oyunda (2:0) zədələnib. Oyunu davam etdirə bilməyən müdafiəçi 53-cü dəqiqədə əvəzlənmək məcburiyyəti qarşısında qalmışdı. Artıq “zadəganlar”ın rəsmi saytı Ceymsin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb. Klubdan verilən məlumata görə, Ris azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, cari mövsümdə 12 oyunda meydana çıxıb, bu görüşlərdə 2 qol da vurub.


