Dayo Upamekano sıradan çıxdı

Futbol üzrə Fransa yığma komandasının və Almaniya çempionu “Bayern”in mərkəz müdafiəçisi Dayo Upamekano zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu Bundesliqanın 7-ci turu çərçivəsində 3:0 hesabıyla qalib gəldiklə “Frayburq”la oyunda sol budundan zədə alıb. O, bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Upamekano bu səbəbdən dəvət aldığı Fransa millisinə qoşulmayacaq. Onun əvəzində “Çelsi”nin müdafiəçisi Aksel Disasi oktyabrda keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.

Xatırladaq ki, Dayo Upamekano bu mövsüm Münhen klubunun heyətində 10 matçda meydana çıxıb. O, “Bayern”ə 2021-ci ilin iyul ayında “Leypsiq”dən 42.5 milyon avro qarşılığında gəlib. Fransız futbolçu Almaniya nəhənginin heyətində bütövlükdə 91 oyuna çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə edib.

Upamekano daha öncə “Leypsiq”, “Liferinq” və “Zalsburq”da da oynayıb. O, Fransa yığmasında 16 oyun keçirib, 2 qola imza atıb.

Yeri gəlmişkən, “Bayern” digər zədəli futbolçuları – Sejr Qnabri və Matteys de Liqtin durumu ilə də bağlı açıqlama yayıb. Bu iki oyunçunun artıq yüngül qaçışlara başladığı diqqətə çatdırılıb. Amma onların dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmır.