Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda E qrupunda Danimarka yığmasının qonağı olub.
Viborq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşmanı Silvia Dominqosun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edib. Qarşılaşma millimiz üçün uğursuz alınıb. Futbolçularımız bu görüşdə 2 cavabsız qola üzülüblər.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki yeddi oyunun altısından məğlub ayrılmışdı. Azərbaycan millisi Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu. Sonuncu yenilgimizi isə aprelin 7-də Bosniya və Herseqovina ilə oyunda almışdıq. Komandamız yalnız Monteneqro ilə ev oyunundan qalib ayrılıb – 1:0.
Bu gün E qrupu çərçivəsində Monteneqro – Bosniya və Herseqovina matçı da baş tutub. Qonaqlar bu görüşdə 2:0 hesablı qələbəyə seviniblər.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
12 aprel
Danimarka – Azərbaycan 2:0
Qol: Stine Larsen, 2. Karen Holmqaard, 76.
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (Portuqaliya).
Viborq stadionu.
Danimarka: 1. Katrine Larsen, 2. Sara Andersen, (19. Janni Thomsen, 77), 3. Stine Pedersen, 5. Simone Boye Sorensen (k), 7. Sanne Troelsgaard (6. Olivia Möller Holdt, 77), 11. Katrine Veje, 12. Stine Larsen, 13. Sofie Junge Pedersen, 15. Katrine Möller Kühl (17. Rikke Madsen, 66), 21. Mille Gejl (4. Karen Holmgaard, 66), 23. Sofie Svava (20. Sofie Bredgaard, 77).
Ehtiyat oyunçular: 16. Katrine Svane, 22. Maja Bay Östergard, 8. Emma Snerle, 9. Karoline Möller, 10. Sara Holmgaard, 14. Matilde Lundorf, 18. Luna Gevitz.
Baş məşqçi: Lars Sondergaard.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (11. Vüsalə Seyfəddinova, 46), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Mana Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze (20. Peritan Bozdağ, 74), 13. Nərgiz Hacıyeva, 16. Nazlıcan Parlak, 21. Aysun Əliyeva (8. Mislina Gözükara, 82), 18. Alina Dorofeyeva (3. Jalə Məhsimova, 74).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Bilge Su Koyun, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 17. Vüsalə Hacıyeva, 19. Sona Rəhimova, 23. Yeliz Acar.
Baş məşqçi: Siyasət Əsgərov.
Xal durumu: Danimarka – 24, Rusiya – 15, Bosniya və Herseqovina – 10, Monteneqro – 9, Malta – 4, Azərbaycan – 3


