Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun 5-ci turunda Rumıniya seçməsini qəbul edəcək.
Səfərdə bu rəqibinə məğlub olan (1:3) Vitali Borisovun yetirmələri bu dəfə doğma meydanda uğur qazanmağa çalışacaqlar. Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da start götürəcək matçı Polşadan olan hakimlər briqadası idarə edəcək. Zala giriş sərbəst olacaq.
Hazırda həm Azərbaycan millisinin, həm də Rumıniya yığmasının 3 xalı var. Millimiz üçüncü, rumınlar isə sonuncu pillədə qərarlaşıblar. A qrupuna itkisiz irəliləyən və 15 xalı olan Niderland yığması rəhbərlik edir. Niderland yığması isə 6 xalla ikinci sırada yer alıb.
Xatırladaq ki, komandamız bu seçmə mərhələdə yalnız Bakıda Niderland yığamasına qalib gəlib – 6:1. Qazaxıstan yığmasına evdə 2:4, səfərdə 2:3 hesabıla uduzmuş komandamız mərhələ adlamaq şanslarını qorumaq üçün son iki oyunundan mütləq qalib ayrılmalıdı. Bu gün rumınlarla görüşəcək Azərbaycan yığmasını dekabrın 20-də Niderlandın qonağı olacaq.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
15 dekabr
Azərbaycan – Rumıniya
Hakimlər: Damian Qrabovski, Slavomir Steçko, Monika Çudzinoviç (Polşa).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Gergi Bitri (Malta).
UEFA nümayəndəsi: Simeon Tsolakidis (Yunanıstan).
Bakı idman Sarayı. Saat 20:00.


