DÇ-2026: 1/8 finalın bütün cütləri bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/16 finalın son oyunundan sonra aydınlıq gəlib.

Bununla da turnirin 1/8 final mərhələsinin bütün cütləri rəsmən bəlli olub.

Beləliklə, DÇ-2026-nın 1/4 finalına vəsiqə uğrunda aşağıdakı qarşılaşmalar keçiriləcək:

4 iyul
21:00. Kanada – Mərakeş

5 iyul
01:00. Paraqvay – Fransa

6 iyul
00:00. Braziliya – Norveç
04:00. Meksika – İngiltərə
23:00. Portuqaliya – İspaniya

7 iyul
04:00. ABŞ – Belçika
20:00. Argentina – Misir

8 iyul
00:00. İsveçrə – Kolumbiya

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: