2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 4-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Ekvador – Kolumbiya oyununda qapılara qol vurulmayıb. Venesuela Çilini, Paraqvay isə Boliviyanı məğlub yola salıb.
Turun ən maraqlı görüşlərindən biri Uruqvayda bu ölkənin milli komandası ilə beşqat dünya çempionu Braziliya yığması arasında baş tutub. Ötən tur ilk xal itkisi ilə üzləşən “pentakampeonlar” bu dəfə də ilk məğlubiyyətə üzülüblər.
İtkisiz irəliləyən sonuncu dünya çempionu Argentina isə Lionel Messinin dubl etdiyi oyunda Peru üzərində səfər qələbəsinə sevinib və liderliyini daha da möhkəmləndirib.
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
3-cü tur
13 oktyabr
Venesuela – Çili 3:0
Qollar: Soteldo, 45+1. Rondon, 72. Maçis, 79.
Paraqvay – Boliviya 1:0
Qol: Sanabriya, 69.
Ekvador – Kolumbiya 0:0
Uruqvay – Braziliya 2:0
Qollar: Nunes, 42. De la Krus, 77.
Peru – Argentina 0:2
Qollar: Messi, 32; 42.
Xal: Argentina – 12. Uruqvay – 7. Braziliya – 7. Venesuela – 7. Kolumbiya – 6. Ekvador – 4. Paraqvay – 4. Çili – 4. Peru – 1. Boliviya – 0.


