Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün 1-ci turun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə I, J və L qrupları çərçivəsində ümumilikdə 6 görüş baş tutacaq.
Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya futbolçuları arasında oynanılacaq. 3 saat sonra Moldova Norveçi, Monteneqro isə Cəbəllütariqi sınağa çəkəcək.
Digər 3 matç isə saat 23:45-də start götürəcək.
DÇ-2026
Qrup mərhələsi, 1-ci tur
22 mart
I qrupu
21:00. Moldova – Norveç
23:45. İsrail – Estoniya
J qrupu
18:00. Lixtenşteyn – Şimali Makedoniya
23:45. Uels – Qazaxıstan
L qrupu
21:00. Monteneqro – Cəbəllütariq
23:45. Çexiya – Farer Adaları


