DÇ-2026: Norveç millisi startda 5 cavabsız qola sevindi

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün 1-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə I, J və L qrupları çərçivəsində ümumilikdə 6 görüş baş tutub.

Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya futbolçuları arasında oynanılıb. Qonaqlar bu oyunda 3 cavabsız qola seviniblər. Moldova millisi isə evdə Norveç yığmasına 5 cavabsız qolla uduzub.

DÇ-2026
Qrup mərhələsi, 1-ci tur
22 mart

I qrupu

Moldova – Norveç 0:5
Qollar: Ryerson, 5. Haland, 23. Osqor, 38. Sörlot, 43. Donnum, 69.

İsrail – Estoniya 2:1
Qollar: Heyn, 23-öz qapısına. Dasa, 75 – Paskotsi, 10.

J qrupu

Lixtenşteyn – Şimali Makedoniya 0:3
Qollar: Traykovski, 7 Musliu, 42. Miovski, 84.

Uels – Qazaxıstan 3:1
Qollar: D.Ceyms, 9. B.Devis, 47. Matondo, 90+1 – Taqibergen, 32-pen.

L qrupu

Monteneqro – Cəbəllütariq 3:1
Qollar: Yovetiç, 22. Tuçi, 70. Maruşiç, 73 – Bent, 13.

Çexiya – Farer Adaları 2:1
Qollar: Şik, 25; 85 – Vatnhamar, 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: