“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının 5-ci turunda “Aston Villa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, London təmsilçisi evdə keçirilmiş qarşılaşmada 2:3 hesabı ilə məğlub olub.
De Zerbi matçdan sonra komandasının çıxışından ciddi məyus olduğunu bildirib:
“Bu gün oyunumuzdan ötrü böyük məyusluq və narazılıq hissi keçirirəm. Belə oyunları bu cür uduzmaq olmaz. İkinci qolu buraxmamalı idik. Balansımızı itirməməliyik. İkinci qolu necə buraxdığımız inanılmazdır.
Biz daha artığına qadirik. Bir-birimizlə daha yaxşı qarşılıqlı əlaqə qura, daha kompakt müdafiə oluna bilərik”.
Qeyd edək ki, ötən mövsüm də bərbad çıxışı ilə yadda qalmış “Tottenhem” bu yay transferlərə ciddi məbləğlər xərcləyib. Amma buna baxmayaraq, London təmsilçisi yeni mövsümdə də 5 turdan sonra cəmi 2 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


