“Turan Tovuz”un müdafiəçiləri Denis Marandiç və Emmanuel Hakman ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Marandiç qarşıdakı 2 oyun üçün Moldova milli komandasına dəvət alıb. Moldova yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 17-də evdə Albaniya, 3 gün sonra isə səfərdə Çexiya ilə qarşılaşacaq.
Emmanuel Hakman isə Toqo millisinə dəvət alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 16 noyabrda səfərdə Sudan, 21 noyabrda isə doğma meydanda Seneqalla oyunlarda Toqo millisinin sərəncamında olacaq.


