Denni Uelbek “Çelsi”də!

“Brayton”un ingiltərəli 35 yaşlı mərkəz hücumçusu Denni Uelbek bundan sonra İngiltərənin digər klubu “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Zadəganlar” bu transfer üçün “Brayton”a 5,85 milyon avro ödəyiblər. Mərkəz hücumçusu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Xatırladaq ki, Uelbek 2020-ci ilin oktyabrından “Brayton”da çıxış edirdi. Hücumçu bu müddət ərzində sözügedən komandanın heyətində meydana çıxdığı 201 oyunda 51 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Denni Uelbek, qısa müddət “Preston Norz End” və “Sanderlend”də icarədə də oynayıb. 2014-2019-cu illər aralığında isə o, “Arsenal”ın uğurları üçün çalışıb. “Arsenal”dan ayrılandan sonra isə o, “Uotford”da forma geyinirdi.

İngiltərə yığmasında 42 oyun keçirmiş forvard, 16 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: