Di Kampli: “PSJ zindandır, bu klubun qəlbi yoxdur, pulgirdirlər”

İtalyan yarımmüdafiəçi Marko Verrattinin sabiq agenti Donato di Kampli Fransa çempionu PSJ-ni sərt tənqid edib.

Arena.az “Relevo”ya istinadən Di Kamplinin bu xüsusda fikirlərini diqqətinzə çatdırır:

“PSJ-də futbolçular zindana salınıblar. Heç vaxt istədiyinizi edə bilməzsiniz. PSJ-nin mövqeyi həmişə şantaja dayanır. “Barselona”ya keçmək qərarına gəldik, görünür, o zaman bu, Qətər əmirinin xoşuna gəlmədi. Əminəm ki, Marko qorxurdu, etiraf etməz, amma belə idi.

Verratti gəldiyi gündən türmədə idi. “Barselona” ilə danışığımız zamanı PSJ onunla bir neçə dəfə görüşdü, ona dedilər ki, Neymarla müqavilə imzalamağa və onun ətrafında bir layihə qurmağa hazırlaşırlar… Əgər onlara qarşı çıxsanız, hər şey şəxsi bir məsələyə çevrilir. Mənim PSJ təcrübəm haqda təəssüratım çox pisdir. Onları ancaq pul maraqlandırır. Bu, ruhu olmayan bir klubdur”, deyə Di Kampli bildirib.

Xatırladaq ki, Marko Verratti PSJ-yə 2012-ci ildə keçib və parislilərlə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Verratti ümumilikdə PSJ-nin heyətində 416 oyuna çıxıb, 11 qol vurub, 61 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: