Didye Deşam Tyerri Anrinin təyinatını qiymətləndirdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam Tyeri Anrinin Fransanın U-21 yığmasının baş məşqçisi vəzifəsinə təyinatından danışıb.

Arena.az “L’Equipe” nəşrinə istinadən Deşamın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Tyerri Anri bu vəzifəyə seçilməkdən çox məmnundur. O, çox köklənmiş idi, onun üçün şadam. O, mənim böyük hörmət üzərində qurulmuş, hər zaman yaxşı münasibətdə olduğum insanlardandır. Onun bu komandaya rəhbərlik etmək imkanı var idisə, niyə də olmasın? Bu, futbolçunun hansısa kluba keçərək düzgün seçim edib-etmədiyini soruşmağınıza bənzəyir. Təəssüf ki, bu barədə dərhal bilməyəcəyik.

Tyerrini onun nəticələrinə görə qiymətləndirəcəklər. Növbəti Avropa çempionatına, Olimpiya Oyunlarına təsnifatlar üzrə. Tyerri Tyerridir. O, özünün futbolçu karyerasına əsaslanmış etibarlılığa malikdir. Onun məşqçi kimi təcrübəsi var, o, tam hazırdır, əlindən gələni edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: