Dieqo Moreyra “Milan”da!

Fransanın “Strasburq” klubunun belçikalı yarımmüdafiəçisi Dieqo Moreyra bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu məlumat yayıb.

22 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb. Moreyra “Milan”da 22 nömrəli formanı geyinəcək.

“Milan” bu transfer üçün “Strasburq”a 50 milyon avro ödəyib. Bonuslarla bu məbləğin daha da artması mümkündür.

“Benfika”nın yetirməsi olan Dieqo Moreyra 2023-cü ildə “Çelsi”yə keçib və həmin ilin avqustunda “Uimbldon”la Liqa Kuboku matçında London klubunun əsas komandasında debüt edib.

Moreyra 2023/2024-cü illər mövsümündə Lion “Olimpik”ində də çıxış edib. 2024-cü ilin yayında isə “Strasburq”a keçib. O, Liqa 1 təmsilçisinin heyətində 76 oyuna 7 qol vurub, 16 məhsuldar ötürmə verib.

Həm Portuqaliyanın, həm də Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Moreyra 2025-ci ildən Belçikanın əsas millisində çıxış edir. O, bu komandanın heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: