Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya nəhəngi “Real”ın hansı səbəbdən uğurlu komanda olmasını açıqlayıb.
Arena.az AS portalına istinadən Simeonenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Qələbə qazanmaq asan deyil. Bunun üçün yaxşı oyunçulara sahib olmalısan. Məhz onlar sonda nəticə etibarı ilə hər şeyi həll edirlər. “Real” yeni gələnlərə daha ehtiyatlı yanaşır. Pnlar həmişə düzgün seçim edirlər. Bunu xXüsusən də Valverde, Rodriqo, Vinisius kimi gənclər akademiyasından keçmiş oyunçulara aid etmək olar. Onlar əhəmiyyətli iqtisadi imkanlara malik olaraq, böyük gələcəyi olan oyunçulara diqqət cəmləyiblər. Bellingemi dəvət etdilər, Mbappe keçə bilər… “Real” bu mövzuda çox yaxşı çalışır”, deyə Dieqo Simeone “Kral klubu”nun uğur sirrini faş edib.
“Barselona”nın çempion olduğu, geridə qalmış 2022/2023 mövsümündə “Atletiko” Simeonenin rəhbərliyi altında La Liqada 77 xalla üçüncü yeri tutub və bürünc medallara sahib olub. Gümüş medalın sahibi “Real” isə 78 xal toplayıb və həmşəhərlilərini bir xal qabaqlayıb.


