Din Heysen “Yuventus”u “Roma”ya dəyişdi

İtaliyanın “Yuventus” klubunun Niderlanddan olan mərkəz müdafiəçisi Din Heysen A Seriyasının digər təmsilçisi “Roma”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Canavarlar” 18 yaşlı futbolçunu 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüblər. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Heysen yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Din Heysen “Yuventus”a 2021-ci ilin yayında İspaniyanın “Malaqa” klubundan gəlib. Turin təmsilçisinin gənclərdən ibarət kollektivində oynamış müdafiəçi “Yuventus”un əsas komandasında cəmi 1 oyun keçirib. O, Niderlandın U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: