“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Xorvatiya çempionu “Dinamo” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az bu barədə Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.
Zaqreb təmsilçisinin əsas siyahısında 22 oyunçu yer alıb. Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, altısı yarımmüdafiəçi, altısı isə hücumçudur.
Qapıçılar: 1. Daniel Zaqorats, 21. İvan Filipoviç, 33. İvan Nevistiç;
Müdafiəçilər: 3. Takuya Oqivara, 4. Raul Torrente, 6. Maksim Bernauer, 13. Semi Mmae, 18. Ronael Pyer-Qabriel, 22. Stefan Ristovski, 28. Kevin Teofil-Katrin;
Yarımmüdafiəçilər: 5. Ariyan Ademi, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 30. Marko Roq;
Hücumçular: 9. Bruno Petkoviç, 11. Arber Hoca, 17. Sandro Kulenoviç, 19. Xuan Kordoba, 20. Marko Pyatsa, 77. Dario Şpikiç;
Yeri gəlmişkən, Azərbaycan çempionu “Qarabağ”ın da UEFA Çempionlar Liqasının pley-off mərhələsi üçün sifariş ərizəsində dəyişiklik olub. Belə ki, Ağdam klubu yeni qapıçısı Mateuş Koxalskini Zaqreb təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsinə daxil edib. 24 yaşlı qolkiper Xorvatiya çempionu ilə görüşlərdə iştirak edə biləcək.
Xatırladaq ki, “Qarabağ” avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.
“Qarabağ”la “Dinamo” arasındakı ilk matç avqustun 20-də səfərdə baş tutacaq. Zaqrebdəki “Maksimir” stadionunda baş tutacaq oyuna saat 23:00-da start veriləcək. Bu komandaların cavab görüşü isə ayın 28-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.