Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qəbələ” ilə səfər oyunu “Zirə”nin müdafiəçisi Dmitrios Çantakias üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu “Zirə”də 100-cü oyununu keçirib.
Yunanıstandan olan legioner bununla da sözügedən klubun tarixinə düşüb. Belə ki, mərkəz müdafiəçisi “Zirə”də 100 oyun keçirən ilk legioner futbolçu olub.
Xatırladaq ki, Dimitrios Çantakias 2020-ci ildən “Zirə”də çıxış edir. O, paytaxt təmsilçisində keçridiyi 100 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi daha öncə “Çerno More”, “Kerkira”, “Fokikos” və “Panetolikos”da oynayıb.


