Domeniko Tedesko 5:0-dan sonra bunları söylədi

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 38 yaşlı italyan mütəxəssis 5:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib.

“Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar olmalı və çox çalışmaqda davam etməliyik. Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram”.

Domeniko Tedesko qarşılaşmada poker müəllifi olan hücumçu Romelu Lukakunu tərifləyib: “Lukaku çox sərrast görünür. O, fantastik hücumçu və insandır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: