PSJ-nin italyan qapıçısı Canluici Donnarumma və həyat yoldaşı Parisdəki evində amansız oğurluğun qurbanı olublar.
Arena.az bu barədə “Actu17” portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, oğurluq iyulun 20-dən 21-nə keçən gecə, futbolçu və həyat yoldaşı Parisin səkkizinci rayonundakı evində ikən baş verib. Qarətçilər təxminən 500 min avro pulla sahiblənməklə yanaşı, Canluisi və sevgilisinə qarşı zorakı davranış göstəriblər.
Canilər onların əl-qolu bağlayaraq qaçırıblar. Amma cütlük azad olaraq cinayətkarlardan qaça bilib və səhər saat üç radələrində evinin yaxınlığında yerləşən otellərdən birinə sığına bilib. Otel işçiləri polis çağıraraq özünü itirmiş vəziyyətdə olan cütlüyün qayğısına qalıblar. Donnarumma və xanımı xəstəxanaya aparılıb.
Hadisə qeydiyyata alınaraq nəzarətə götürülüb, banditizmlə mübarizə polis briqadası istintaqa cəlb edilib.


