Donnarummanın agenti: “Təkliflərimiz var”

PSJ-nin 26 yaşlı italyan əsas qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola müştərisinin təklifləri olduğunu bildirib.

Arena.az xatırladır ki, Paris klubunun italyan qapıçı ilə yeni müqaviləyə dair danışıqlarında tərəflər razılığa gəlməkdə çətinlik çəkirlər, digər nəhəng klublar isə müvafiq vəziyyəti müşahidələri altında saxlayblar.

“İlk növbədə PSJ rəhbərliyi ilə danışmaq gərəkdir, sonra isə baxıb görəcəyik. Bizim bir neçə təklifmiiz var. “İnter”? Bəli, onlar bizə xoş gəlirlər, elə “Napoli” kimi, amma bu, hələ heç nə demək deyil”, – nüfuzlu italyan jurnalist Fabritsio Romano agent Entso Rayoladan sitat gətirir.

Canluici Donnarumma 2021-ci ilin iyul ayından PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst keçidlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 40 oyuna çıxıb, 39 qol buraxıb, 12 oyunda qapısını toxunulmaz saxlayıb.

Canluici Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 154 oyun, 152 buraxılmış qol və 51 “quru” oyundan ibarətdir.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 72 oyun keçirib, 63 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024, 2024/2025), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) və Çempionlar Liqasının (2024/2025) qalibi olub.

Həmçinin Donnarumma Fransa Liqa 1-də mövsümün qapıçısı seçilib (2021/2022, 2023/2024).

“Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: