Dortmund “Borussiya”sı Türkiyə millisinin üzvünü transfer etdi

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Almaniya klubu Bundesliqanın digər təmsilçisi “Köln”dən Salih Özcanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Salih Özcan “Köln”ün öz yetirməsidir. O, 2019-cu ildə “Holştayn Kil” klubunda icarədə də olub. 2016-cı ildən “Köln”ün əsas komandasında çıxış edən türkiyəli futbolçu, burada 100-dən çox rəsmi matça çıxıb. O, bu ildən Türkiyə millisinə də dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: