Drizen “Union Berlin”lə matçın təxirə salınmasından danışdı

“Bayern”in baş direktoru Yan-Kristian Drizen Bundesliqanın 13-cü turunun “Union Berlin”lə təxirə salınmış oyununa dair açıqlama verib.

Arena.az Münhen klubunun rəsmi saytına istinadən məlumat verir ki, o, dekabrın 2-də baş tutmalı olan oyunun güclü qar səbəbindən ləğv edilməsi və təxirə salınması ilə bağlı vəziyyətdən danışıb:

“Oyunu ləğv etmək məcburiyyətində olduğumuz üçün çox üzr istəyirik, amma azarkeşlərimizin və “Union Berlin” azarkeşlərinin təhlükəsizliyi bizim mütləq əhəmiyyətimizdir. Bundan əlavə, çoxsaylı yolların bağlanması və ictimai nəqliyyatın hərəkətində müxtəlif pozuntular səbəbindən “Alyans Arena”ya giriş təmin edilmir. Mümkün yeni tarix barədə sizə ən qısa zamanda məlumat verəcəyik”, deyə Drizen bildirib.

Xatırladaq ki, Bundesliqanın 12 turundan sonra “Bayern” 32 xalla 2-ci, “Union Berlin” isə 7 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb. Almaniya çempionatına 34 xalla “Bayer” (Leverkuzen) başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: