Duşan Tadiç Niderland klubu ilə müqavilə bağladı

Serbiyalı cinah hücumçusu, 37 yaşlı Duşan Tadiç Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəhda” klubundan ayrılaraq yenidən Avropaya qayıdıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bundan sonra “NEK Neymegen”in uğurları üçün çalışacaq.

Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Tadiç yeni klubu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, Tuşan Tadiç “Voyvodina”nın məzunudur. Hücumçu, karyerası ərzində “Qroningen”, “Tvente”, “Sauthempton”, “Aykas” və “Fənərbağça” kimi klublarda çıxış edib. O, 2025-ci ilin yayında məhz “Fənərbağça”dan “Əl-Vəhda”ya keçmişdi.

Tadiç 2008-ci ilin dekabr ayında debüt etdiyi Serbiya yığmasının heyətində 111 oyuna 23 qol vurub, 40 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 37 yaşlı serb sağ cinah hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: