Edin Terziç: “Fantastik ilk hissə keçirdik və qələbəyə layiq idik”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Nyukasl”la oyunu (1:0) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən Terziçin bu barədə fikirlərini təqdim edir:

“Biz fantastik ilk hissə oynadıq və belə bir səmərə ilə qalib gəlməyə layiq idik. Fasilədən sonra tutub-saxlamağa oynayırdıq. Biz çox səy göstərdik, böyük həvəslə oynadıq və evə qələbə ilə qayıtmaq üçün hər şeyi verdik. Marsel Zabitser topla inanılmaz işlər görür. Onun zədəsi olduğunu belə, deyə bilməzdin. Biz “Nyukasl”ın oyun tərzini öyrənmişdik və topa nəzarət etməsini istəyirdik”, deyə Terziç oyuna dair taktiki üslubunu və strateji yanaşmasını açıqlayıb.

Qələbə “Borussiya”ya “F” qrupunda xalını 4-ə çatdırmaq və şəxsi oyunlarda üstünlük sayəsəində “Nyukasl”ı 3-cü pilləyə ataraq, özünün 2-ci pillədə yer almasına imkan verib. PSJ-nin 6 xalla qrupun lideridir, İtaliya nəhəngi “Milan” isə 2 xalla autsayderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: