Edvard Çilufya: “Qarabağ”a uduzduğumuz üçün bədbəxtəm”

“Hakken”in yarımmüdafiəçisi Edvard Çilufya Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”dan aldıqları məğlubiyyəti dəyərləndirib.

Arena.az xəbər verir ki, zambiyalı futbolçu klubun saytına açıqlamasında özünü bədbəxt saydığını deyib:

“Nəticə yaxşı olmasa da, çox yaxşı oynadıq. Amma komanda olaraq performansımızın ürəkaçan olduğunu düşünürəm. Təbii ki, uduzduğumuz üçün bədbəxtəm. Minimal hesabla qali gəlmək şansımız var idi. Amma istədiyimizə çatmadıq”.

Xatırladaq ki, ilk turda Almaniyanın “Bayer” klubuna 0:4 hesabıyla uduzmuş İsveç klubu “Qarabağ”la ev oyunundan da 0:1 hesablı yenilgi ilə ayrılıb. “Hakken” hazırda xalsızdır və sonuncu pillədə qərarlaşıb. “Qarabağ” isə “Bayer”lə birgə 6 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komandamızın yer aldığı H qrupunda Norveç təmsilçisi “Molde” də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: