Edvin van der Sar həyat uğrunda mübarizə aparır

Niderland yığmasının əfsanəvi qapıçısı Edvin van der Sar reanimasiya şöbəsində müalicə almağa davam edəcək.

Arena.az bu barədə “Ayaks”ın rəsmi “Twitter” hesabına istinadən məlumat verir.

Xatırladaq ki, dünən Edvin van der Sar beyinə qansızma diaqnozu ilə təcili surətdə xəstəxanaya yerləşdirilib.

Hazırda qapıçının səhhəti sabit olsa da, ümumi vəziyyəti hələ də narahatlıq doğurur.

Öz növbəsində Van de Sar ailəsi və “Ayaks” klubu baş vermiş hadisə ilə əlaqədar mütəəssir olduğunu, çoxsaylı dəstək ismarışlarına görə hər kəsə minnətdarlığını bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: